BAKI, 19 avqust. TELEQRAF
Andraş Baka Macarıstanın yeni prezidenti kimi vəzifəsinin icrasına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar məlumat verib.
“Bu gün - 19 avqust 2026-cı il tarixindən etibarən Andraş Baka Macarıstanın Prezidentidir. Cənab Prezidentə böyük uğurlar, möhkəm cansağlığı və işində mümkün qədər çox humanizm arzulayıram”, - Baş nazir sosial mediada yazıb.
Xatırladaq ki, Andraş Baka bu postda iyulda vaxtından əvvəl istefa verən Tamaş Şuyoku (2024-2025) əvəz edib.