BAKI, 17 avqust. TELEQRAF
Hazırda Ukraynanın Dnepropetrovsk vilayətinin Rusiya qoşunlarından azad edilməsi prosesi davam edir və bölgə üzərində nəzarət hələ tam bərpa olunmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbələr “Suspilne”yə bildiriblər.
“Dnepropetrovsk vilayəti üzərində nəzarət hələ tam bərpa edilməyib. Hazırda Daçne yaşayış məntəqəsinin ərazisi işğal altındadır. Döyüş əməliyyatları davam edir”, - mənbə vurğulayıb.
Oleksandrovsk istiqamətində hücum əməliyyatı 2026-cı ilin yanvarından davam edir. Baş Qərargahın məlumatına görə, bu əməliyyat çərçivəsində Ukrayna ordusu Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərində 26 yaşayış məntəqəsini azad edib.