BAKI, 14 avqust. TELEQRAF
“Ukrayna Rusiyaya qarşı daha aqressiv hücumlar mərhələsinə keçəcək”.
Teleqraf xəbər verir ki, bu barədə ukraynalı jurnalist Andrey Tsaplyenko məlumat verib.
“Ukrayna ABŞ-ni rəsmən Rusiya ərazisinə yeni, daha da sərt zərbələr mərhələsinə keçməsi barədə məlumatlandırıb”, - o bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bundan əvvəl bəyan etmişdi ki, Moskva Ukrayna Silahlı Qüvvələrinin ölkə ərazisinin dərinliklərinə endirdiyi zərbələrə və Avropa İttifaqının addımlarına cavab olaraq, hərbi əməliyyat metodlarını sərtləşdirəcək.