BAKI, 14 avqust. TELEQRAF

“Ukraynada hazırkı təmas xətti boyunca münaqişəni dayandırmaq mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər indi təmas xəttində qəfil dayansaq, mahiyyət etibarilə, nasizmi məğlub edən babalarımızın, ulu babalarımızın qəhrəmanlığının silinməsinə icazə vermiş olarıq. Bu, ağlasığmazdır”, - nazir bildirib.

Lavrov iddia edib ki, söhbət “Rusiya dövlətinin min illik tarixi”nə görə məsuliyyətdən gedir.