BAKI, 30 iyul. TELEQRAF

NATO Rusiyaya məxsus raketin Polşanın hava məkanını pozması ilə bağlı insidentdən sonra rəsmi Varşava ilə daimi təmasdadır və alyans ərazisinin müdafiəsi üçün bütün zəruri tədbirləri görəcək.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının sözçüsü polkovnik Martin O Donnell “The Guardian”a bildirib.

“Naməlum tipli Rusiya raketinin Polşanın hava məkanına daxil olaraq sonradan ölkə ərazisinə düşməsinə cavab olaraq: bu, Rusiyanın gecə ərzində Ukraynaya buraxdığı çoxsaylı raketlərdən biri olub. NATO və Polşa hadisə zamanı hava hücumundan müdafiə və quru qoşunlarının vasitələrini aktivləşdirib”, - O Donnell bildirib.

Alyan rəsmisi qeyd edib ki, bundan sonra NATO-nun iki qırıcısı - Polşaya məxsus F-16 təyyarələri, NATO-nun Çoxməqsədli Nəqliyyat Qrupuna aid “Airbus A330” yanacaqdoldurma təyyarəsi, Polşanın “Saab 340” uzaqmənzilli radiolokasiya təyyarəsi və Polşaya məxsus Mi-24 helikopteri havaya qaldırılıb.

Bundan əlavə, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı general Aleksus Qrinkeviç insidentlə bağlı Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Veslav Kukula ilə telefon danışığı aparıb. Hadisə ilə bağlı araşdırma davam edir.

O Donnell vurğulayıb ki, alyans NATO ərazisinin müdafiəsi üçün bütün zəruri tədbirləri görməyə davam edəcək.