BAKI, 13 iyul. TELEQRAF

Böyük Britaniya Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək məqsədilə ayırdığı 90 milyard avro həcmindəki kredit təşəbbüsünə rəsmən qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

O, Böyük Britaniyanın bu proqrama qoşulmasına şərait yaradan razılaşmanı yüksək qiymətləndirib:

"Bu, Ukraynanın daha geniş çeşiddə müdafiə tədarükçülərinə çıxışını təmin edəcək. Beləliklə, onlar döyüş meydanında ehtiyac duyduqları vasitələri əldə edə biləcəklər. Biz birlikdə Ukraynanın cəsur müqavimətini dəstəkləyirik".