BAKI, 4 iyul. TELEQRAF

Macarıstan hökuməti Prezident Tamaş Şuyoku vəzifəsindən uzaqlaşdıracaq Konstitusiyaya 17-ci düzəliş layihəsini parlamentə təqdim edir.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Peter Madyar məlumat verib.

“Bu gün hökumət adından Konstitusiyaya 17-ci düzəliş layihəsini Milli Assambleyaya (parlamentə – red) təqdim edəcəm”, - Baş nazir bildirib.

Peter Madyar bu barədə günortadan sonra keçiriləcək mətbuat konfransında ətraflı məlumat verəcəyini də qeyd edib.