BAKI, 4 iyul. TELEQRAF

NATO-nun “Bombardier Challenger 650 Artemis II” kəşfiyyat və hədəfizləmə təyyarəsi yenidən Qara dəniz üzərində uçuş həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

Təyyarə Rumıniyanın Konstansa şəhərindəki bazasından havaya qalxaraq, heç bir ölkənin hava məkanına daxil olmadan Qara dənizin neytral suları üzərində uçuş həyata keçirib.

Qeyd edilib ki, bu təyyarə adətən yalnız iş günlərində uçur və həftəsonu uçuşları nadir hallarda olur. Bu yay ikinci dəfədir onun uçuşu həftəsonu qeydə alınıb, sonuncusu iyun ayında bazar günü olub.

İyunun əvvəlindən bəri “Bombardier Challenger 650 Artemis II” Qara dəniz üzərində bir neçə dəfə müşahidə edilib. Təyyarə Rusiyanın Kalininqrad vilayətinə yaxın uçuşlar edərək Litva və Polşanın hava məkanlarından, eləcə də Baltik dənizinin neytral sularından keçib.