BAKI, 29 iyun. TELEQRAF

“Rubtsı kəndi yaxınlığında – Oskol çayının sol sahilində 5000 nəfərlik Ukrayna Silahlı Qüvvələri qrupu mühasirəyə alınıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri ukraynalı hərbçilərin tezliklə tamamilə məhv ediləcəyini bildirib.

Putin əlavə edib ki, Rusiya hərbi qüvvələri yuxarıdan irəliləyərək Ukrayna ordusuna şimal, şərq və cənubdan təzyiq göstərir:

“Tam mühasirəyə alınana qədər hər şey atəşin nəzarəti altındadır, amma tam mühasirəyə qədər təxminən 2 kilometr qalıb. 144-cü Diviziya bu vəzifəni yerinə yetirir”.