BAKI, 29 iyun. TELEQRAF

Latviya və Estoniyanın baş nazirləri Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar ideyasını qəti şəkildə rədd edərək, Ukraynanın Moskva işğalına qarşı mübarizəsinin Avropanı kökündən dəyişdirdiyini bəyan ediblər.

Teleqraf xəbər verir ki, Estoniya Baş naziri Kristen Mixal Rusiya təhlükəsi fonunda Avropa İttifaqı ölkələri arasında hərbi əməkdaşlığın gücləndiyini bildirib.

“Bu, Avropa İttifaqında hərbi əməkdaşlığın reallığa çevrildiyi andır. Avropa İttifaqı silahsız sülh layihəsi idi, indi isə silahlı sülh layihəsi olacaq”, - Baş nazi deyib.

Mixalın sözlərinə görə, dünyanın ən zəngin bölgəsi olan Avropanın silahları, daxildə və xaricdə təhdidlərinə cavab vermək qabiliyyəti olsa, daha güclü və daha nüfuzlu qlobal oyunçu olacaq.

“Avropanın gələcəyi üçün pis səbəblərdən yaxşı şeylər baş verir”, - Estoniya hökumətinin başçısı əlavə edib.

Latviya yeni Baş naziri Andris Kulberqs də indiki məqamda Rusiya ilə danışıqlar ideyasına qarşı çıxıb: “Mən sülh razılaşmalarına inanmıram. Ən azı indi yox”.

Baş nazir vurğulayıb ki, Avropa Moskva ilə əlaqələri bərpa etməyə yox, silahlanmaya fokuslanmalıdır.

“Vahid yanaşmaya əməl etməliyik, yalnız bu halda axmaq fikirlərə yer olmayacaq. Buna görə belə yaxşı qonşularımız var. Əvvəlcə özümüzə inanmalıyıq, gücümüzü göstərməliyik”.