BAKI, 18 iyun. TELEQRAF

ABŞ və İran iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində sazişin icrası ilə bağlı ilkin danışıqlar aparacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” İsveçrə Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

“Mövcud plana əsasən, ABŞ və İran, eləcə də Pakistan, Qətər və digər vasitəçi ölkələr sabah Bürgenştokda sazişin icrası ilə bağlı ilkin danışıqlar aparmaq üçün görüşəcəklər. Görüşün cədvəli və təfərrüatları barədə əlavə məlumat hələlik mövcud deyil”, - məlumatda deyilir.