BAKI, 16 iyun. TELEQRAF
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 43 maddə ilə genişləndirib, bu çərçivədə daha 32 hüquqi və 11 fiziki şəxsə məhdudiyyətlər qoyulub.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısındakı şirkətlərin Böyük Britaniyadakı bütün hesabları dondurulacaq və fiziki şəxslərin krallığa girişi qadağan olunacaq.