BAKI, 12 iyun. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 4 ədəd C-17 hərbi nəqliyyat təyyarəsi iyunun 11-də yaxın günlərdə Cenevrədə İranla mümkün sazişin imzalanması mərasimində iştirak edəcək vitse-prezident Ceyms Devid Vens üçün lazım olan avadanlıqları daşıyıb.

Teleqraf xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Məlumata görə, daha 5 belə təyyarə ABŞ Məxfi Xidmətinin, Ağ Evin Hərbi Ofisinin və Hərbi Hava Qüvvələrinin ehtimal olunan fəaliyyəti üçün zəruri avadanlıqları Prezident Donald Trampın Cenevrə yaxınlığında keçiriləcək G7 Sammitində mümkün iştirakı məqsədilə şəhərin beynəlxalq hava limanına çatdırıb.

Fəallıq Tehran və Vaşinqton arasında ilkin razılaşmanın əldə olunması ilə bağlı ehtimalların artdığı vaxtda qeydə alınıb.