BAKI, 10 iyun. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Sofia şəhərində Yunanıstan xarici işlər naziri Yorqo Gerapetrit ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Bolqarıstanın paytaxtında keçirilən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində baş tutub.