BAKI, 21 may. TELEQRAF

“Macarıstan Ukrayna ilə münasibətləri yalnız Zakarpatiyadakı etnik macarların hüquqları təmin edildikdə yenidən qurmağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Peter Madyar deyib.

“Hökumətimiz Ukrayna ilə münasibətlərdə yeni səhifə açmağa hazırdır. Amma əvvəlcə etnik macarlar əsas hüquqlarla təmin edilməlidir”, - o bildirib.

Madyar qeyd edib ki, bu, həm də Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün vacib şərtdir. Macarıstanın Baş naziri əlavə edib ki, tərəflər hazırda məsələ ilə əlaqədar texniki səviyyədə məsləhətləşmələr aparır.