BAKI, 20 may. TELEQRAF

“Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlar Zakarpatiyadakı etnik macarların vəziyyətinin yaxşılaşdırılması məsələsi həll olunana qədər başlamayacaq”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Peter Madyar deyib.

“Əgər Ukrayna danışıqlara başlamaq istəyirsə, ilk klaster müzakirələri başlamazdan əvvəl belə bir razılığa gələ bilərik. Amma bundan əvvəl Ukraynadakı macarlarla bağlı vəziyyəti həll etməliyik”, - o bildirib.

Peter Madyar Budapeşt və Kiyevin etnik macarların hüquqları ilə bağlı işçi səviyyəli məsləhətləşmələr apardığını vurğulayıb:

“Ümid edirəm, bu məsləhətləşmələr seriyası tezliklə başa çatacaq”.

Macarıstan Baş naziri həmçinin Ukraynanın Zakarpatiya bölgəsində Prezident Volodimir Zelenski ilə görüşə ümid etdiyini açıqlayıb.