BAKI, 19 may. TELEQRAF

Macarıstan Baş naziri Peter Madyar Kiyevə Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlara başlamazdan əvvəl Budapeştin irəli sürdüyü 11 tələbin yerinə yetirilməsinin vacibliyini xatırladıb.

Teleqraf xəbər verir ki, bu barədə “Magyar Nemzet” məlumat verib.

Nəşr Madyarın hökumətin son iclasından sonra keçirilən mətbuat konfransında şıxışından sitat gətirib:

“Xahiş etdiyimiz on bir bənd Brüsselə və ukraynalılara məlumdur. Bunlar Macarıstanın iyun ayında Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların birinci fəslinin açılmasına razılıq verməsi üçün ilkin şərtdir”.

Nəşr xatırladıb ki, Budapeşt Ukraynanın Zakarpatiya bölgəsində yaşayan etnik macarların hüquqlarının pozulmasından narahatdır. Ukrayna xarici işlər naziri Andrey Sibiqa bundan öncə X-də yazmışdı ki, Kiyev Budapeştlə Ukraynada yaşayan macar milli azlığının hüquqları ilə bağlı işləməyə hazırdır.