BAKI, 13 may. TELEQRAF

Rusiyanın bir neçə bölgəsi Ukrayna dronlarının hücumuna məruz qalıb, Krasnodar vilayətindəki dəniz limanına zərbə endirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Hücum zamanı digər obyektlərlə yanaşı, Taman limanında fəaliyyət göstərən “Tamannefteqaz” şirkətinin terminalı hədəfə alınıb.

Hücumdan sonra “Tamannefteqaz”ın ərazisində yanğın baş verib. Yanğının dəmir yolu xəttinin yaxınlığında yerləşən neft və yanacaq çənlərində baş verdiyi qeyd edilib.

Məlumata görə, bu, Rusiyanın əsas enerji ixrac mərkəzlərindən biridir. Terminal Rusiya hərbi maşınını maliyyələşdirən xeyli həcmdə xam neft və neft məhsulları emal edir. Terminalın gücü ildə təxminən 19,9 milyon tondur. Neft məhsulları və mayeləşdirilmiş qazın saxlanması üçün nəzərdə tutulmuş çən parkının ümumi həcmi 1 milyon kubmetrdən çoxdur.

Bundan əlavə, Ukrayna Yaroslavldakı sənaye müəssisəsinə də zərbələr endirib. Kampaniyanın nəticələri ilə bağlı hələlik başqa təfərrüat yoxdur.