BAKI, 28 aprel. TELEQRAF

“Avropa Rusiya ilə sülh danışıqlarına başlamaq imkanını Ukraynada müharibənin başlanğıcında itirib”.

Teleqraf xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis deyib.

Karisin sözlərinə görə, Avropanın Rusiya ilə bağlı öz planları olmalıdır və bunları indi inkişaf etməyə başlamalıdır.

Estoniya Prezidenti Rusiya ilə münasibətlərin uzun müddət çətin qalacağını bildirib. Amma o, İkinci Dünya müharibəsindən sonrakı Almaniyanı nümunə göstərərək dəyişikliklərin mümkün olduğunu xatırladıb.

Karisin fikrincə, Avropa 2022-ci ildə Kiyev uğrunda döyüşlərdən sonra Moskvanı danışıqlar masasına oturmağa məcbur etməməklə səhvə yol verib.

“Avropa İttifaqı Ukraynaya böyük sərmayə qoyub. Rusiya üçün öz planlarımız olmalıdır. Bu planları hazırlamağa dərhal başlamalıyıq, çünki Avropa İttifaqındakı proseslər çox vaxt aparır. Başqa çıxış yolu yoxdur. Çətin günlərdən keçməliyik”.