BAKI, 28 aprel. TELEQRAF
“Moldovanın Rumıniya ilə birləşməsi Kişinyovun Avropa İttifaqına daha tez üzv olmasına imkan verəcək”.
Teleqraf xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
“Bu, bizə Avropa İttifaqına daha tez qoşulmağa imkan verə, bu yolda bizə kömək edə bilər”, - o vurğulayıb.
Sandu qeyd edib ki, belə bir qərar Moldova vətəndaşları tərəfindən verilməlidir.
Aİ-yə daxil olmağın alternativ yollarından danışan Sandu Rusiyanın işğalı altındakı Dnestryanı bölgə olmadan ittifaqa üzvlüyün nəzərdən keçiriləcəyini də bildirib.
“Bu, mümkün həll yollarından biridir”, - Moldova lideri əlavə edib.