BAKI, 23 aprel. TELEQRAF
“Ukraynaya qarşı müharibəsinə görə Rusiyaya qarşı Avropa İttifaqının (Aİ) 21-ci sanksiyalar paketi üzərində iş artıq başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsaxna deyib.
“Nəhayət Aİ 20-ci sanksiyalar paketini qəbul etdi. Amma hələ işimizi bitirməmişik. Rusiya təcavüzünü enerji hesabına maliyyələşdirir. Bu kranlar tamamilə bağlanmalıdır, o cümlədən neftinin dəniz yolu ilə daşınmasını qadağan etmək lazımdır. Rusiya müharibəni dayandırıb sərhədlərinə qayıdana qədər təzyiqi artıracağıq. Növbəti sanksiyalar paketi üzərində işlərə başlanılıb”, - Tsaxna bildirib.
Estoniya xarici işlər naziri əlavə edib ki, Ukrayna Rusiyanın təcavüzü qarşısında tək deyil.
Xatırladaq ki, Avropa İttifaqı bu gün 2026-2027-ci illər üçün Ukraynaya dəstək məqsədilə 90 milyard avroluq kredit proqramı və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul edib.