BAKI, 21 aprel. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Ukraynada sülhün təmin edilməsi məsələsində daha böyük məsuliyyət götürməlidir”.
Teleqraf xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Maqrus Tsaxna deyib.
Diplomat Avropa Komissiyasının hazırda Rusiya ilə əlaqəli keçmiş döyüşçülər məsələsi üzərində işləməsini müsbət qiymətləndirib. Onun fikrincə, Rusiya gələcəkdə yüz minlərlə keçmiş döyüşçünü öz məqsədləri naminə Avropaya göndərə bilər.
“Bu, həm də Avropanın anlamalı olduğu tarixi məqamdır, Avropa İttifaqı və NATO ilə Rusiya arasında boz və ya neytral zona ola bilməz. Söhbət uzunmüddətli sülhdən gedir. Ümid edirəm, Avropada baş verən siyasi dəyişikliklər uzunmüddətli sülhün qurulmasına yol açacaq. Amma təəssüf ki, Rusiyadan sülh istəyi görmürük. Avropa sülh prosesinin irəliləmədiyi durumda daha çox məsuliyyət götürməli və çox iş görməlidir”, - Tsaxna vurğulayıb.