BAKI, 16 aprel. TELEQRAF
Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyar ilk telefon danışığını İsrail Baş naziri Benyamin Netanyahu ilə edib.
Teleqraf xəbər verir ki, İsrail tərəfi söhbəti “səmimi” adlandırıb.
Peter Madyar Benyamin Netanyahunu 1956-cı il Macarıstan İnqilabının 70-ci ildönümünü münasibətilə Budapeştə dəvət edib.
İsrail Baş naziri təklifi qəbul edərək, öz növbəsində Macarıstanın yeni liderini Yerusəlimdə (Qüds) keçiriləcək hökumətlərarası görüşə dəvət edib.