BAKI, 13 aprel. TELEQRAF

“Viktor Orban bir daha Macarıstanın baş naziri ola bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyar deyib.

“Konstitusiyaya ediləcək düzəliş Viktor Orbanın yenidən baş nazir vəzifəsinə qayıtmasını qeyri-mümkün edəcək”, - o vurğulayıb.