BAKI, 13 aprel. TELEQRAF

“Macarıstanın yeni hökuməti Rusiya ilə praqmatik əməkdaşlığa hazır olacaq”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyar deyib.

Partiya lideri bu qələbə münasibətilə onu təbrik edən bütün xarici liderlərə təşəkkür edib.

“Mən həmçinin Moskva və Pekinin bu məsələ ilə bağlı açıqlamalarını gördüm. Macarıstan seçiciləri və xalqının seçiminə hörmət etdiklərinə və Macarıstanın da hazır olduğu praqmatik əməkdaşlığa hazır olduqlarına görə onlara təşəkkür edirəm”, - o bildirib.

Madyar həmçinin Macarıstan və Rusiya arasındakı münasibətlərin yaxın gələcəkdə praqmatik istiqamətdə dəyişəcəyinə ümid etdiyini vurğulayıb.