BAKI, 13 aprel. TELEQRAF

“Ukrayna Macarıstanın hakimiyyəti mehriban qonşuluq münasibətləri qurmağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa Peter Madyarın sədrlik etdiyi “Tisa” Partiyasının Macarıstan parlament seçkilərindəki qələbəsini şərh edərkən deyib.

Nazirin fikrincə, Macarıstandakı hakimiyyət dəyişikliyi ikitərəfli münasibətlərdə yeni səhifə açma imkan yaradır.

“Xalqlarımız belə münasibətlərə layiqdir. Biz açığıq və bunu istəyirik. Artıq Ukrayna Prezidenti səviyyəsində cənab Peter Madyarla müvafiq əlaqələr üçün siqnallar ötürmüşük. Dialoqa hazırıq və vaxt itirmədən düzgün, mehriban qonşuluq münasibətləri qurmaq istəyirik. Macarıstan tərəfinin reaksiyasını gözləyirik”.

Sibiqanın sözlərinə görə, Ukrayna və Macarıstan arasında gündəlik sərhəd infrastrukturu məsələlərindən tutmuş Avropa İttifaqı istiqamətində əməkdaşlığa qədər çox genişdir:

“Söhbət Ukraynanın Avropa İttifaqına üzvlüyü, bu məsələdə Macarıstanın blokunun aradan qaldırılması, Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketinin təsdiqi və Ukrayna üçün 90 milyard avro makromaliyyə kreditindən gedir. Bundan əlavə, Kiyev martın 6-da Macarıstan bankında bloklanmış vəsaitlərinin geri qaytarılması məsələsini də qaldıracaq”.

Ukrayna Avropa İttifaqının milli azlıqlarla bağlı ən yüksək standartlarını da tətbiq etməyə hazırdır. Bu siqnalı da Macarıstan tərəfinə ötürmüşük”.