BAKI, 11 aprel. TELEQRAF
Böyük Britaniya Baş naziri Kir Starmer bu həftə İspaniyada tətildə olarkən İrandakı müharibə təhlükəli eskalasiya həddinə çatmışdı.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, hökumət başçısı aprelin 7-də müntəzəm uçuşla Birləşmiş Krallığa qayıdıb, ertəsi gün ABŞ İranla iki həftəlik atəşkəs elan etdikdən sonra Yaxın Şərq turuna çıxıb.
“The Daily Express” də öz növbəsində qeyd edir ki, milyonlarla britaniyalı üçün sosial xərcləri artıran müharibənin ortasında Starmerin İspaniya çimərliyində istirahət etməsi 2021-ci ildəki vəziyyətlə bağlı xoşagəlməz assosiasiyalar yaradır. O vaxt Taliban Əfqanıstanda Kabil şəhərini ələ keçirərkən dönəmin baş nazir və xarici işlər naziri Boris Consonla Dominik Raab tətildə idi. Bu, Raabın öz işini itirməsi ilə nəticlənmişdi. Onları sərt tənqid edənlər arasında müxalifətdəki Leyborist Partiyasının lideri Starmer də var idi.
“Beynəlxalq cavab tədbirlərini çimərlikdən koordinasiya edə bilməzsiniz. Mən Kabilin süqutu zamanı tətildə olmazdım”, - Starmer o vaxt demişdi.