BAKI, 9 aprel. TELEQRAF
Hazırda Hörmüz boğazında qaz təchizatı ilə bağlı təcili təhlükə müşahidə olunmur, amma uzunmüddətli nəticələrin olacağı gözləniləndir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında bildirilib.
Komissiya bəyan edib ki, Hörmüz boğazında gəmilərin hərəkəti heç bir ödəniş və ya rüsum olmadan təmin edilməlidir.
Xatırladaq ki, aprelin 8-də ABŞ ilə müharibənin dayandırılmasından sonra Hörmüz boğazından gəmi keçidləri üçün İranın rüsum alacağı gözlənilir.