BAKI, 13 mart. TELEQRAF
“Almaniya ABŞ-İsrail və İran arasındakı müharibənin bir hissəsi olmaq istəmir”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
Kansler İranın hücumları fonunda Almaniyanın Hörmüz boğazından keçən gəmilər üçün hərbi müdafiə təmin etməyi düşünməsi baxımından heç bir səbəb olmadığını bildirib.
“Almaniya bu müharibənin bir hissəsi deyil və onun bir hissəsi olmaq istəmir”, - Fridrix Merts əlavə edib.