BAKI, 25 fevral. TELEQRAF

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğramasının səbəbinə dair zəruri araşdırma və istintaq başladılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, qırıcı təyyarə fevralın 25-də Türkiyənin Balıkesir şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində F-16-nın pilotu həlak olub.