BAKI, 17 fevral. TELEQRAF

Ukrayna ordusu müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya Silahlı Qüvvələrinin “İskəndər” əməliyyat-taktiki raket sisteminin saxlanma yeri və “Rubikon” bölməsinin uzaqdan idarəetmə məntəqəsinə zərbələr endirilib.

Teleqraf xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Pasiçne kəndində “İskəndər” operativ-taktik raket kompleksinin saxlanma yerinə dəqiq zərbə endirib. Zərbə nəticəsində güclü partlayışlar baş verib.

Həmçinin, Vysoke kəndində “Rubikon” bölməsinin idarəetmə məntəqəsi məhv edilib. Hədəflər PUA-larla vurulub.

Ukraynanın xüsusi əməliyyat bölmələrinin FP-2 dronları ilə Rusiyanın arxa cəbhəsi və əməliyyat infrastrukturuna zərbələr endirdiyi də bildirilir. Bu bölmələr 9-14 fevral tarixlərində işğal olunmuş ərazilərdə 10-dan çox hərbi obyekti uğurla məhv edib.

Qeyd edilib ki, zərbələr əsasən şəxsi heyətin cəmləşdiyi yerlər, sursat və yanacaq-anbarları, hərbi texnikaların dayanacaqlarına yönəldilib.