BAKI, 6 fevral. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətində bir kəndi işğal edib və daha iki vilayətdə irəliləyib.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Xarkov vilayətinin Deqtyarne yaşayış məntəqəsini ələ keçirib. Bundan başqa, Rusiya qüvvələri Sumı vilayətində Qrabovske, eləcə də Donetsk vilayətində Nikiforovka ətrafında irəliləyib.

“DeepState”in məlumatına görə, ruslar Milayivka ətrafında da irəliləyiş əldə ediblər. Bu kənd Rusiyanın Kursk vilayətinin Bilovsk rayonu ərazisində yerləşir.