BAKI, 16 yanvar. TELEQRAF
“Ukrayna ABŞ ilə sülh danışıqları üzrə çox yaxşı iş aparıb”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Kiyevin danışıqları ləngitməsi barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
“Bəzi məsələlərdə eyni mövqedə deyilik. Bu başadüşüləndir, mən dövlətimizin maraqlarını müdafiə edirəm. Ultimatumlar isə, mənim fikrimcə, demokratik münasibətlərdə işlək model deyil”, - o bildirib.
Prezident əlavə edib ki, Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-yə yollanıb, hazırda iki sənəd üzərində iş gedir.