NATO baş katibi Mark Rutte Rusiyanın ittifaq ölkələrindən birinə hücum etməsinin qarşısını almaq üçün müdafiə xərclərinin artırılması və Ukraynanın gücləndirilməsinə çağırıb.

Teleqraf xəbər verir ki, o, alyans ölkələrinə Rusiyadan hərbi təhdid barədə növbəti dəfə xəbərdarlıq edib.

“Hücumun qarşısını almaq üçün Ukraynanın gücü qorunmalı və müdafiə xərcləri artmağa davam etməlidir. Əgər bu iki şeyi etsək, özümüzü müdafiə etmək üçün kifayət qədər güclü olacağıq və Rusiya Prezidenti Vladimir Putin heç vaxt buna cəhd etməyəcək”, - NATO baş katibi vurğulayıb.