BAKI, 22 dekabr. TELEQRAF
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Lipetskdəki hərbi aerodromunda uğurlu əməliyyat keçirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, əməliyyat zamanı Su-30 və Su-27 qırıcıları məhv edilib.
Baş idarə əməliyyatı nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hər iki hərbi təyyarənin tamamilə sıradan çıxarıldığını bildirib. Qırıcılarının təxmini dəyərinin 100 milyon dollara qədər olduğu qeyd edilib.