BAKI, 11 dekabr. TELEQRAF

“Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında dünənki telefon danışığı zamanı ona Ukraynadakı müharibənin dayandırılması planı çərçivəsində Rusiyaya ərazi güzəştləri ilə bağlı təklif təqdim olunub”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.

“Dünən günortadan sonra Prezident Trampla ətraflı söhbət etdik. Emmanuel Makron, Kir Starmer və mən. Yaxın günlərdə proses çərçivəsində atıla biləcək növbəti addımları müzakirə etdik. Həftəsonu sənədləri yekunlaşdıraraq razılaşdırmaq təklifi verdik”, - o bildirib.

Mertsin sözlərinə görə, bir təklif də var ki, Tramp göndərilmədiyi üçün ondan xəbərsiz olub:

“Bunu dünən günorta müzakirə etdik. Əsas məsələ Ukraynanın hansı ərazi güzəştlərinə getməyə hazır olması ilə bağlıdır. Ukrayna tərəfi də cavab verməlidir. Bunu Prezident Trampa çatdırdıq”.