BAKI, 9 dekabr. TELEQRAF
“ABŞ Avropa İttifaqına (Aİ) münasibətdə öz mövqeyini açıq şəkildə ortaya qoyub, ittifaqa siyasi müharibə elan edib”.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Jozef Borrel deyib.
“Vens artıq Münxen Təhlükəsizlik Forumunda Avropaya qarşı nifrətini açıq şəkildə ifadə edib, Tramp isə bunu indi Milli Təhlükəsizlik Strategiyası səviyyəsinə qaldırdı. Bu, Avropa İttifaqına siyasi müharibə elan etməkdir. O, “ağ Avropa” istəyir - millətlərə bölünmüş və öz tələblərinə tabe edilmiş bir Avropa. Avropa liderləri özlərini aldatmağı, Trampın bizim rəqibimiz olmadığını iddia etməyi, qorxu və özünəarxayınlığın yaratdığı səssizliyin arxasında gizlənməyi dayandırmalı, əvəzində Aİ-nin suverenliyini qətiyyətlə müdafiə etməlidirlər”, - Aİ-nin keçmiş baş diplomatı vurğulayıb.