BAKI, 6 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 8-də Böyük Britaniyaya səfər etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının özü məlumat verib.

Zelenskinin sözlərinə görə, bundan əvvəl hazırda ABŞ-də olan Ukrayna nümayəndə heyəti ilə sülh planı barədə danışmağı planlaşdırır.

Dövlət başçısı əlavə edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ona amerikalılarla danışıqlar barədə telefonla məlumat verəcək.