BAKI, 28 noyabr. TELEQRAF

“Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesində meyar əsaslı qiymətləndirmədə problemi yoxdur, ola da bilməz”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohann Vadefulla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Buradakı əsas problem prosesin irəliləməməsi, fəsillərin açılmamasıdır. Bu nöqtədə zəruri müzakirələr apardıq. Avropa İttifaqının fəsilləri yenidən açması və Türkiyə ilə namizəd ölkə məsələsini mümkün olan ən normal zəmin üzərində inkişaf etdirməsi yönündəki gözləntimiz qüvvədədir”, - nazir bildirib.

Yohann Vadeful da qeyd edib ki, Türkiyə bir çox sahədə Aİ üçün mərkəzi bir ölkədir:

“Bu səbəbdən, Avropa İttifaqı ilə Türkiyə arasındakı əməkdaşlığın gücləndirilməsi maraqlarımıza uyğundur. Türkiyə Avropa İttifaqına üzv olmaq istəyirsə, Almaniya etibarlı və dost tərəfdaş olacaq”.