BAKI, 26 noyabr. TELEQRAF

ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair sülh planının bəndlərinin sayı 28-dən 22-yə endirilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Bu sadəcə bir sxem idi. Orada olan hər şey sadəcə sxem idi. Bu plan deyildi, konsepsiya idi. Onlar həmin 28 maddənin hər birini nəzərdən keçirdilər, nəticədə 22-si qaldı. Məsələlərin çoxu əlverişli şəkildə həll olunub”, - ABŞ prezidenti jurnalistlərlə söhbətində deyib.