BAKI, 21 noyabr. TELEQRAF

Rusiya hələlik Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın sülh planı üzrə danışıqlar aparmağa razılığı barədə məlumat almayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, ABŞ-nin quru qoşunları naziri Daniel Driskollun rəhbərlik etdiyi nümayəndə heyəti bundan əvvəl Kiyevdə Zelenskiyə Trampın sülh planını təqdim edib. 28 bəndlik planda Ukrayna tərəfindən ciddi güzəştlər nəzərdə tutur. Məlumata görə, Ağ Ev ilin sonuna qədər bu plan üzrə müharibəni bitirmək istəyir.