BAKI, 19 noyabr. TELEQRAF

İtaliya müdafiə naziri Quido Krosetto Rusiyaya qarşı mübarizə aparmaq üçün Avropada yeni qurum yaratmağı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Müdafiə naziri bildirib ki, Rusiya NATO ölkələrinə fəlakətli hibrid hücumlara görə məsuliyyət daşıyır: “Hücum altındayıq, hibrid bombalar düşməyə davam edir, hərəkətə keçməyin vaxtıdır”.

Quido Krozetto vurğulayıb ki, Qərbin cavab tədbirləri üçün lazımi alətləri var, amma daxili siyasi proseslər, Avropa İttifaqı və NATO-da konsensus əsasında qərarların ləng qəbul edilməsi səbəbindən müvafiq tədbirlər daim gecikir.

İtaliya bu problemi həll etmək məqsədilə yeni mərkəz və 1500 nəfərlik kiberqüvvənin yaradılması, həmçinin süni intellekt, təchizat zəncirinin qorunması və dezinformasiyaya qarşı mübarizə sahələrində hərbi mütəxəssislərin cəlb edilməsini təklif edib.