BAKI, 18 noyabr. TELEQRAF
“Ankara Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
“Əsir mübadiləsi başda olmaqla humanitar sahələrdə nəticələr verən bu görüşlər Türkiyənin problemin həllindəki kritik rolunu bir daha ortaya qoydu. Müharibəni bitirməyə yönəlmiş səylərimizi davam etdirərkən, müharibədən sonrakı dövrə dair hazırlıqları da eyni ciddiyyətlə aparırıq. Qarşıdakı dövrdə Ukraynada sülhün təmin edilməsi üçün effektli səylərimizi və asanlaşdırıcı rolumuzu qətiyyətlə irəli aparacağıq. Bu səyləri yürüdərkən, Qara dənizdə təhlükəsizlik memarlığının əsas dayağı olan Montrö Konvensiyasının tətbiqini də eyni qətiyyətlə qoruyuruq”, - o vurğulayıb.