BAKI, 31 oktyabr. TELEQRAF

Erməni siyasətçi Ani Zalinyan Niderland parlamentində deputat mandatı alıb.

Teleqraf xəbər verir ki, bu, parlament seçkilərinin nəticələrinə əsasən mümkün olub.

Ani bununla Niderland parlamentinə seçilən ilk erməni deputat olub. Ani Zalinyanın namizədliyi “GroenLinks-PvdA” alyansı tərəfindən irəli sürülüb.

Qeyd edək ki, oktyabrın 29-da Hollandiyada parlament seçkiləri keçirilib. İlkin məlumata görə, seçkilərdə “Demokratlar 66” Partiyası qalib gəlib. “Demokratlar 66” parlamentdəki 150 yerdən 27-ni alacaq.

Faiz nisbəti ilə hələlik ondan bir qədər geridə olan “Azadlıq” Partiyasının da 27 mandat qazanacağı gözlənilir. “Azadlıq və Demokratiya Uğrunda Xalq” Partiyası 22 yerlə üçüncü yerdədir. Ani Zeynalyanın deputat mandatı aldığı “GroenLinks-PvdA” alyansı parlamentdə 20 yerə sahib olacaq. Əvvəlki seçkilərin nəticələrinə görə, alyans Niderland parlamentində 25 yerə malik idi.