BAKI, 18 oktyabr. TELEQRAF

Böyük Britaniya Baş naziri Kir Starmer ABŞ-yə Ukrayna üçün sülh müqaviləsi layihəsini hazırlamağı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” məsələ ilə bağlı adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.

Nəşr yazıb ki, hər şey Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa liderləri arasında telefon danışığı zamanı baş verib.

Təklif Zelenskinin ABŞ Prezidenti Donald Trampla söhbətindən dərhal sonra irəli sürülüb. “Axios” Britaniya liderinin təklifini “gözlənilməz” adlandırıb.

“Starmer Trampın Qəzza ilə bağlı 20 bəndlik planına uyğun olaraq Ukrayna üçün sülh sazişi hazırlamaq sahəsində ABŞ ilə işləməyi təklif edib”, - nəşrin həmsöhbəti vurğulayıb.