BAKI, 17 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski iki telefon danışığından sonra ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona gəlib”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.

Onun sözlərinə görə, hər iki telefon danışığı çox yaxşı keçib.

“Prezidentlər bir-birini başa düşürlər. Konkret danışmağa başlayıblar. Onların bu qədər tez görüşməyə razılıq vermələri bizim dost və tərəfdaş olduğumuzu göstərir”, - Yermak deyib.

Həmçinin o, əlavə edib: “Zelenski Trampa deyib ki, Rusiya və Belarusdan başqa Putinlə istənilən formatda və dünyanın istənilən yerində görüşməyə hazırdır. Putin dəfələrlə belə bir görüşü rədd edib”.