BAKI, 01 oktyabr. TELEQRAF
Norveç səmasında yenidən naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib.
Teleqraf xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir.
Bildirilir ki, ölkənin mərkəzi hissəsində yerləşən Bronnoysund şəhərinin hava limanının dispetçer qülləsindən dron görünüb.
Hazırda PUA-nın axtarışına başlanılıb.