BAKI, 25 sentyabr. TELEQRAF

“Üzv ölkələr miqrantları qəbul etməsə, Avropa İttifaqının iqtisadiyyatı durğunlaşacaq”.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançes bildirib.

“Miqrantların iqtisadiyyata verdiyi töhfəni rədd etsək, Avropa İttifaqı yaxın illərdə durğunlaşacaq. Böyüməyə yerimiz qalmayacaq”, - baş nazir vurğulayıb.