BAKI, 25 sentyabr. TELEQRAF

Polşada Niderlanda məxsus F-35 təyyarəsindən buraxılan raket yaşayış evinə düşüb.

Teleqraf xəbər verir ki, hadisə dronların məhv edilməsi əməliyyatı zamanı baş verib.

Bildirilib ki, Niderland qırıcısı müdafiə əməliyyatında iştirak edirmiş.

Xatırladaq ki, daha əvvəl Polşada dronlara qarşı həyata keçirilən əməliyyat zamanı F-16 qırıcısından atılan raketin yaşayış evinə düşdüyü təsdiq edilmişdi.