BAKI, 22 sentyabr. TELEQRAF

Ukraynanın keçmiş baş naziri və müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko Baş Kəşfiyyat İdarəsinin (QUR) rəisi Kirill Budanovun partiyasının liderlərindən biri olmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.

Nəşr Timoşenkonun cəhdinin uğursuz olduğunu yazıb. Həmçinin mənbə qeyd edib ki, Budanovun öz partiyası olarsa, Ali Rada seçkiləri üçün 5 faizlik baryeri müstəqil şəkildə keçmək şansı var.

Ukraynada hərbi vəziyyətə görə prezident və parlament seçkiləri keçirilmir. Bununla belə, “Ukrainskaya Pravda” bildirib ki, seçkilərdən sonra yeni parlamentin tərkibi müxtəlif olacaq.